İrəvan SİLKƏLƏNİR – Ermənistanla bağlı ŞOK XƏBƏRDARLIQ EDİLDİ

photo 55529176

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) müxalifət partiyalarının etirazları fonunda respublikada kütləvi iğtişaşlar təhlükəsi barədə məlumat yayıb.

araztv.com  xəbər verir ki, bu gün Ermənistan MTX-nın mətbuat xidməti ölkə vətəndaşlarına ünvanlanmış məlumat yayıb.

MTX-dan bildirilib ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükə mövcuddur.

“Bununla əlaqədar olaraq sizi baş verə biləcək təxribatlara uymamağa, yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməyə, nifrət, düşmənçilik yaradan yolverilməz addımlardan çəkinməyə çağırırıq”, – məlumatda qeyd olunub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir