Mehriban Əliyeva hansı qurumlara təşəkkür etdi?

mehriban aliyeva 210219Birinci vitse-prezidentdən sosial şəbəkədə diqqət çəkən paylaşım

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.

araztv.com-ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz rəsmi Facebook səhifəsində yazıb.

Mehriban xanım açıqlamasına etdiyi əlavədə yanğının söndürülməsində yaxından iştirak edən qurumların adllarını sadalayıb:

– Fövqəladə Hallar Nazirliyi

– Daxili İşlər Nazirliyi

– Baş prokurorluq

– Ekologiya və Təbii sərvətlər nazirliyi

– Sumqayıt şəhər icra hakimiyyəti

– Kütləvi informasiya vasitələri.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir