Diaspor Komitəsinin aparat rəhbərindən ikrah doğuran addım – Ukraynadakı diaspor liderimizi məhkəməyə verdi

88022982 5020 4505 A25D 5E21A910BBB6 660x330Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi Ukraynada məhkəməyə verib.

araztv.com  Azinforum.az-a istinadən bildirir ki, Rövşən Tağıyev Ukrayna vətəndaşı olduğu üçün, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvan üzrə Kiyev şəhərinin Şefçenko rayonuna göndərilib. Daşqın Rəcəbli iddiasını onunla əsaslandırıb ki, Rövşən Tağıyev diaspor nümayəndələrinin cəmləşdiyi hansısa “vatsap” qrupunda onu təhqir edib.

Rövşən Tağıyev  Daşqın Rəcəbli tərəfindən məhkəyə verildiyinə dair faktı təsdiqləyib: “Bəli, telefonuma məhkəməyə verildiyimə dair bildiriş də gəlib. Bu barədə elə sizin sayta daha ətraflı açıqlama verəcəm”.
Doğrusu, bu xəbər adamda ciddi məyyusluq yaradır. Bütün dünyanın diqqəti Rusiya ilə Ukrayna arasında gedən müharibəyə qarışdığı bir vaxtda, dövlət qurumunda çalışan yüksək postlu məmurun müharibə gedən ölkənin vətəndaşı olan soydaşımızı elə müharibə gedən ölkədə məhkəməyə verməsi yalnız utanc doğura bilər.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir