Avropa Şurasının mütəxəssisləri Mətbuat Şurasında oldular — FOTOLAR

as foto 1Bu gün Avropa Şurasının layihələrin qiymətləndirilməsi üzrə mütəxəssisləri Anne-Laure de Coincy və Juliette Bertrand Azərbaycan Mətbuat Şurasında olublar.

araztv.com  xəbər verri ki, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onları rəhbərlik etdiyi qurumun Avropa Şurasının Bakı ofisi ilə təmsaları haqqında məlumatlandırıb. O bildirib ki, Şura Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə jurnalistlərin peşə hazırlığının yüksəldilməsi istiqamətində kifayət qədər faydalı layihələr reallaşdırılmaqdadır və mövcud istiqamətdəki qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb. 

MŞ sədri həmçinin bildirib ki, Avropa Şurasının Bakı ofisi tərəfindən istər jurnalistlərin peşə davranışı qaydalarına, istər seçkilərin mediada işıqlandırılmasına, istər pandemiya reallıqlarının, istərsə də gender əsaslı zorakılıq və məişət zorakılıqlarının kütləvi informasiya vasitələrində təqdimatına dair təlimləri böyük maraqla qarşılanıb. Layihələr çərçivəsindəki digər tədbirlər konkret mövzulara diqqət göstərilməsi ilə yanaşı, ümumən jurnalistikanı narahat edən məsələlərin müzakirəsinə geniş yer verilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. 

Avropa Şurasının layihələrin qiymətləndirilməsi üzrə mütəxəssisləri Anne-Laure de Coincy və Juliette Bertrand təmsil olunduqları qurumun qiymətləndirmə standartları barədə söz açıblar. Onlar həmçinin media fəaliyyətinə yönələn layihələrin Avropa Şurası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. 

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib, suallar cavablandırılıb. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir