Deputat Etibar Əliyev jurnalisti məhkəməyə verdi — 11 MİN TƏZMİNAT

1650872713 mmm

Millət vəkiki, təhsil eksperti Etibar Əliyev tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallını məhkəməyə verib.

araztv.com xəbər verir ki, bu haqda məlumatı Ə.Zeynallı sosial şəbəkədə paylaşıb.

O, bildirib ki, məhkəmə prosesi bu gün – aprelin 25-də başlayacaq:

“Etibar Əliyev məni təhqir edib, cavabını alıb, sonra da verdiyim cavabdan xoşlanmayıb arxasının güclü olduğunu zənn edərək məhkəməyə verib. 

İddia ərizəsini hələ oxumamışam, vəkilin dediyinə görə, 11.000 manat da pul tələb edir. Başda Sahibə Qafarova olmaqla Milli Məclis, görünür, media ilə düşmənçilik xətti tutub. Cavanşir Feyziyevə bizi söydürdülər, indi də məhkəməyə verdirirlər”. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir