Makron yenidən seçildikdən sonra ilk telefon danışığını Şoltsla edib

Makron

Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub.

araztv.com  bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bu, E.Makronun yenidən prezident seçildikdən sonra ilk telefon danışığıdır. Almaniya kansleri onu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Qeyd edək ki, bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Emmanuel Makron opponenti sağçı Marin Le Peni üstələyərək növbəti dəfə prezident seçilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir