Bakıda polis mayorunun törətdiyi dəhşətli qətlin təfərrüatı

news 20210702082419Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.

araztv.com  Lent.az-a istinadən xəbər verir ki, bu barədə Günay Cabbarovanın qonşuları bildirib.

Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.

Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.

Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata və anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay idi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir