Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüş zamanı digər məsələlərlə yanaşı Qarabağda təhlükəsizlik mövzusunu da müzakirə edəcəklərini bildirib.
araztv.com “TASS”a istinadən xəbər verir ki, Putin Qarabağla bağlı məslədə xeyli problemin qaldığını bildirib.
Ermənistan baş naziri isə Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını qeyd edərək, Rusiya sülhməramlı kontingentinin Qarabağın təhlükəsizliyini təmin etdiyini xüsusilə vurğulayıb.
Paşinyan, həmçinin əlavə edib ki, Qarabağda hərbi əməliyyatların dayandırılmasında Rusiya prezidentinin şəxsi rolu danılmazdır.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.