Azərbaycanda məktəbli qız sinif yoldaşına kəsici alətlə xəsarət yetirdi

GENCE4Gəncə şəhərində məktəbli sinif yoldaşına xəsarət yetirib.

Hadisə şəhərdəki Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 9-cu sinif şagirdi olan qız digər məktəbli yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir