“Stimul Hospital” CAN ALIR – Qadın plastik əməliyyatın qurbanı oldu

Emeliyyat11.jpg

Bakıda xəstə əməliyyat masasında vəfat edib.

Hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.
E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.
Plastik cərrah Elçin Zodan “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.
Minval.info

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir