“Gilan Holding”ə növbəti dəfə cərimə protokolu yazıldı

1650191843 gilan“Gilan Holding” MMC-yə daha bir cərimə protokolu yazılıb.

araztv.com  Pravda.az-a istinadən bildirir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Murad Məmmədovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Xatırlatma: Daha əvvəl MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci və 430.4-cü maddələri ilə cərimə protokolu yazılıb. Həmin protokol da Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakimlər Murad Məmmədov və Hüseyn Səfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: “Gilan Holding” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu (qeyri-rəsmi) bildirilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir