“Hava hücumundan müdafiə qüvvələri böyük partiyalı Qərb hərbi texnikası ilə yüklənmiş Ukrayna hərbi-nəqliyyat təyyarəsini vurub”.
araztv.com “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
“Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Qərb ölkələrindən Ukraynaya tədarük edilən silahların böyük bir hissəsini çatdıran Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsini havada vurub”, – Konaşenkov deyib.
Rusiya MN sözçüsü əlavə edib ki, Lozovaya və Veselaya yaşayış məntəqələri üzərində iki Ukrayna pilotsuz uçuş aparatı vurulub.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.