Ermənilər Araz sahilində donuz qaçırmaq istəyərkən meşəni yandırdılar – FOTOLAR

ermeniiTürkiyə-Ermənistan sərhədində yanğın olub.

araztv.com  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yanğına Araz çayının sahilində qamışlıq əraziyə sığınan donuzları qaçırmaq istəyən ermənilər səbəb olub.

Belə ki, yanğın qısa müddətdə meşəlik əraziyə keçib. Qeyd edilib ki, yanğın Türkiyənin Tuluzca rayonunun Turabi kəndinə yaxınlaşıb.

Əlavə edilib ki, bir neçə saat keçməsinə baxmayaraq, Ermənistan tərəfi yanğının söndürülməsi üçün heç bir tədbir görməyib.


 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir