“Bir az da yoxsullaşacağıq, pullarınızdan…” – Avropa ölkəsindən xəbərdarlıq

 экрана 2022 04 02 120531“Gələcəkdə ölkədə hər kəs bir az da yoxsullaşacaq”.

araztv.com  xəbər verir ki, bunu Hollandiyanın baş naziri Mark Rutte deyib.

Baş nazir mart ayında inflyasiya rəqəminin 11,9 faizə yüksəlməsinin narahatlıq doğurduğunu deyib: “Çox yüksək inflyasiya ilə qarşı-qarşıyayıq. Təbii ki, bu, bir çox insana təsir edir. Gələcəkdə hamımız daha da yoxsullaşacağıq. Bu, həqiqətən də olacaq. Biz bu barədə aydın olmalıyıq”.

Rutte Rusiya-Ukrayna müharibəsinin enerji qiymətlərinə təsirini bu il hər kəsin ciddi şəkildə hiss edəcəyini vurğulayıb: “İnflyasiya o qədər dəhşətli dərəcədə yüksəkdir və enerji qiymətləri o qədər sürətlə yüksəlir ki, Hollandiyaya ən səmimi mesajım hökumətin bunların hamısını həll edə bilməyəcəyidir. Biz bunun təsirlərini həqiqətən birlikdə hiss edəcəyik. Hamımız pul kisəmizdən ağıllı şəkildə istifadə etməliyik”. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir