
araztv.com xəbər verir ki, bu haqda məlumatı daha da ictimailəşdirərək yayılması üçün, Bakıdan, Azərbaycan Dillər Universitetinin dosenti, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədrinin müavini fil.f.d. Həqiqət Aslan qızı Hacıyeva dəvət olunmuşdur.
Konfrans, Azərbaycan və Niderland himni ilə öz işinə başladı. Sonra,
hər iki Qarabağ müharibəsində, deportasiya və soyqırımlar zamanı, həyatlarını itirən hər kəsin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxundu.
Konfransın əsas məqsədi barədə məlumat verən Sima Cəfərova, sözü Həqiqət Hacıyevaya verdi. O, XX əsrdən başlayaraq Xalqımızın başına gətirilən müsibət, soyqırımların səbəb və nəticələrinin ətraflı təhlilini etdi.
Həqiqət Haciyeva nitqində, Xalqımızın, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək, nəinki, torpaqlarımızın geri alınmasında, həmçinin, dünya siyasət və iqtisadiyyat arenasında güclü dövlət və xalq kimi özünü təsdiq olduğunu qeyd etdi.
İnternet bağlantısı ilə tədbirə qatılan, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, Millət Vəkili Əziz Ələkbərli də çıxış edərək Qərbi Azərbaycanda baş verən deportasiya və qırğınlar haqqında çıxış etdi. O, öz çıxışında, rusların himayədarlığı ilə torpaqlarımızı işğal edərək viran qoyan, uşaq , yaşlı bilməyərək soydaşlarımızı qətlə yetirən erməni daşnaklarının qurduqları hiyləgər planlardan danışdı.
Əziz Ələkbərli, eləcə də, ermənilər tərəfindən, viran qoyulmuş mədəni irsimiz, memarlıq inciləri, dəyişdirilmiş və erməniləşdirilmiş toponimlərimiz haqda, ürək ağrısı ilə danışdı.
Daha sonra, Konfransda Niderland Türk Azərbaycan Kültür dərnəyinin başqanı İlhan Aşkın və digər iştirakçılar çıxış etdilər.
Həqiqət Hacıyeva, konfransın təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinin vitse prezidenti və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması tərəfindən təşəkkürnamə plaketi və hədiyyə ilə təltif edildi.
BAK mətbuat katibi Gülnarə Əliyeva, “Qərbi Azərbaycanlıları Toponimləri” kitabının holland dilinə tərcümə etdiyinə görə həmin İcmanın təşəkkürnamə plaketi ilə təltif olundu. Eləcə də, BAK idarə heyəti də, Həqiqət Hacıyeva tərəfindən hədiyyələrlə təltif olundular.
Öz növbəsində, Sima Cəfərova BAK və Şimali Hollandiya Azərbaycanlıları İttifaqı adından hədiyyələri, iştirakına və konfransın təşkilinə görə, Həqiqət Hacıyevanı təşəkkür edərək hədiyyələrlə təltif etdi.
Daha sonra, konfrans iştirakçıları tərəfindən fikir mübadiləsi aparıldı.
Konfransdan sonra Niderlandda məskunlaşmış Qərbi Azərbaycanlıları BAK mətbuat xidmətinə müsahibə verərək deportasiya zamanı yaşadıqları sarsıntı və problemlərdən ürək acısı ilə danışdılar.
Niderlandda və konfransda qonaq qismində iştirak edən ll Qarabağ müharibəsi qazisi də müsahibə verdi.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.