“Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin şəxsi emosiyalarına hakim olmalı və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar səsləndirməməlidir”.
araztv.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Biz hər kəsi emosiyaları cilovlamağa və bu cür bəyanatlar səslənirməkdən çəkinməyə çağırırıq. Xüsusən də bizə tərəfdaş olan ölkələrə qarşı bu hal yolverilməzdir. Azərbaycan bizə tərəfdaş dövlətlər kateqoriyasına daxildir” – deyə, Peskov əlavə edib.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.