“Bazarstore” tibbi maskaya görə cərimələndi

1648547015 bazarstore12Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

araztv.com  Pravda.az-a istinadən bildirir ki, “Bazarstore” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir