Martın 24-də Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsini azad edib.
araztv.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri Zaporojye vilayətində Malinovka kəndini işğaldan azad edib. Eyni zamanda, Lyubimovka və Novozlatopol kəndi də Ukraynanın nəzarəti altına keçib.
Qeyd edək ki, daha öncə də Ukrayna ordusunun Kiyevin şimalında rus işğalçılarını 25-35 km geri çəkilməyə məcbur etdiyi barədə məlumat yayılıb.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.