NATO-ya üzv dövlətlər qərar verdi

1648134701 nato66

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə iclasında alyansın müdafiəsinin gücləndirilməsi və Ukraynaya əlavə dəstəyin verilməsi ilə bağlı qərar qəbul olunub.

araztv.com-ın xəbərinə görə, yayılan bəyanatda bildirilib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq, NATO-nun müdafiə planları işə salınır.

“NATO-nun birbaşa rəhbərliyi altında hava və dəniz qüvvələri ilə birlikdə şərq cəbhəmizə 40 000 hərbçi yerləşdirdik.” – deyə qeyd olunub.

Alyans həmçinin Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada əlavə dörd çoxmillətli döyüş qrupları yaratdığını açıqlayıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir