“Azəriqaz”dan əhaliyə “NOVRUZ HƏDİYYƏSİ”

424494611 0 0 2731 2048 1920x0 80 0 0 7a834305f911c5569bf2bed13bff11c6jpg 1647587785

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı qabağı əhalini məhkəməyə verib.   

araztv.com    elektron məhkmə sisteminə istinadən xəbər verir ki, “Azəriqaz” martın 15-də – Torpaq çərşənbəsi günü, martın 16-da və 17-də vətəndaşlara qarşı 59 məhkəmə iddiası qaldırıb.

“Azəriqaz” vətəndaşlara qarşı qaldırdığı iddia üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində 33 iş, Abşeron Rayon Məhkəməsində 15 iş, Xaçmaz Rayon Məhkəməsində 3 iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində 2 iş, Sumqayıt Apellyasiya Məhkəməsində 2 iş, Bakı Apellyasiya Məhkəməsində 1 iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində 1 iş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi 1 iş, Yasamal Rayon Məhkəməsi 1 iş icraata götürülüb. 

İşlərin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır. 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir