“Zelenski ilə üz-üzə görüşərəm, amma 4 şərtim var…” – Putin Ərdoğana başqa nə deyib?

1647589508 1647586231 2341046 591x315

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya liderinin görüşü barədə BBC-nin əldə etdiyi məlumata görə, Vladimir Putin Ukraynanın şərqindəki separatçı bölgələrin Krım kimi Rusiyaya birləşməsini istəyib.

araztv.com   xəbər verir ki, görüş zamanı Putin Zelenski ilə üz-üzə görüşə biləcəyini də bəyan edib.

BBC-nin müxbiri Con Simpsona danışan Prezidentin sözçüsü İbrahim Kalın Putinin Ərdoğana qarşı irəli sürdüyü 4 tələbin razılaşdırıla bildiyini deyib.

Onların arasında Ukraynanın neytrallığına zəmanət vermək, Ukraynanın NATO-ya üzv olmayacağını elan etmək kimi məqamlar məlumdur.

Razılaşma tələbləri arasında Putinin ölkənin “nasist düşüncəsinin təmizlənməsi” adlandırdığı bənd də var. Bu məqalə Ukraynada rus dilinin istifadəsinin qorunmasını əhatə edir.

Lakin Simpson bu yazılardan sonra mübahisəli tələblərin irəli sürüldüyünü də bildirib.

Buna nümunə olaraq, Putin Ukraynanın şərqinin bir hissəsinin Rusiyaya birləşdirilməsini və Zelenskinin Krımın Rusiya ərazisi olduğunu etiraf etməsini istəyir.

İbrahim Kalın həmçinin bildirir ki, Putin bunları ancaq Zelenski ilə üz-üzə danışmaqla həll edə biləcəyini deyib.

Qeyd edək ki, Vladimir Zelenski belə bir görüşə hazır olduğunu bəyan edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir