MEDİA və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı – FOTO

1647511946 imza33Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

araztv.com-ın xəbərinə görə, sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.

Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.

1647512035 ad1 2

araztv.com xəbər portalı.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir