Rus hərbçilərin qaçırdığı mer azad edildi

 экрана 2022 03 17 131830

Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov girovluqdan azad edilib.

araztv.com  xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Kiril Timoşenko bildirib.

Onun sözlərinə görə, Fedorovun rus əsarətindən azad edilməsi üçün xüsusi əməliyyat başa çatıb.

Qeyd edək ki, ötən həftə Ukraynanın Melitopol şəhərinin meri İvan Fedorov Rusiya hərbçiləri tərəfindən qaçırılmışdı. 

Bundan əvvəl İvan Fedorov Rusiya ilə əməkdaşlıq təklifini rədd edib və şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib. Rusiyalı hərbçilər onu böhran mərkəzindən naməlum istiqamətdə aparıblar.

araztv.com xəbər portalı. 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir