“Rusiya və Ukrayna arasında münaqişənin həllinə dair planının hazırlanmasının hər hansı təfərrüatları barədə danışmaq hələ tezdir”.
araztv.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Rusiya Prezidentinin mətbuat katibi RİA Novosti-yə müsahibəsində deyib: “Hələlik biz hər hansı sazişi açıqlamağı tez hesab edirik”.
Xatırladaq ki, “Financial Times” Moskva və Kiyevin nizamlanma planı hazırladığını yazıb. Nəşrin məlumatına görə, bura atəşkəs və Ukraynanın neytrallığı, ordusunun azaldılması şərti ilə Rusiya Silahlı Qüvvələrinin ölkədən çıxarılması kimi maddələr daxildir.
Xatırladaq ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Moskva təşkilatın Təhlükəsizlik Şurasına Ukraynadakı vəziyyətlə bağlı humanitar qətnamənin öz versiyasını təklif edəcək.
Rusiya tərəfindən nümayəndə heyətinin rəhbəri Vladimir Medinski videokonfrans vasitəsilə gündəlik keçirilən Rusiya-Ukrayna danışıqlarının dördüncü mərhələsindən bir fotoşəkil nümayiş etdirib. O qeyd edib ki, bu format resurslara qənaətə imkan yaradır. Nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, danışıqlar zamanı onlar Rusiya Prezident Vladimir Putinin qarşıya qoyduğu tapşırıqlara əməl edir.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.