ABŞ və NATO Ukraynanın istədiyini verdi

5436434

ABŞ və onun NATO-dakı müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini Ukrayna səmasını Rusiyanın qanadlı raketlərindən qoruyacaq hava hücumundan müdafiə sistemləri ilə təmin edib.

araztv.com  “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazır.

Bildirilir ki, söhbət sovet dövründən qalma zenit-raket komplekslərindən gedir: “Osa” (NATO təsnifatına görə – SA-8), S-300 sistemləri (SA-10, SA-12) və daşınan “Strela-3” zenit-raket kompleksləri (SA-14).

Bu sistemlər “Stinger” raketlərindən daha uzun məsafəyə malikdir və düşmənin qanadlı raketlərini vurmağa imkan verir.

Silahlar NATO-nun tərəfdaş ölkələri tərəfindən təmin edilib. Bu sistemlərin tədarükçü ölkəyə necə qaytarılacağı hələ bəlli deyil.

Qeyd edək ki, martın 11-nə Pentaqonun hesablamalarına görə, Ukrayna Hərbi Hava Qüvvələrində təxminən 56 döyüş təyyarəsi qalıb ki, bu da Ukrayna Hərbi Hava Qüvvələrinin müharibə başlayana qədərki imkanlarının təxminən 80%-ni təşkil edir.

Ukrayna pilotsuz uçuş aparatları və yer-hava tipli raketlərdən istifadə etdiyi üçün döyüş təyyarələrini itirməyib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir