ABŞ səfirliyi 500 manata avtomobil satır – FOTO

avt5ABŞ-nin Bakıdakı Səfirliyi İkinci əl üç ədəd  avtomobil üzrə internet üzərindən (onlayn) hərrac keçirir.

Hərrac şənbə günü, 12 Mart, 2022-ci il saat 17:00-da başlayır və cümə axşamı, 17 Mart, 2022 -ci il saat 15:00-də bağlanır.

Hərraca 3 ədəd avtomobil çıxarılıb.

Qalib gəlmiş şəxslər etibarlı şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi nağd şəkildə (Azərbaycan manatı) həyata keçirməlidir.

Ətraflı məlumat üçün: 050-221-83-29

2005-ci il istehsalı olan “Ford Explorer VİN” 500 manat qiymət qoyulub. Maşın 135 min 789 km gedib. 

İkinci avtomobil “Mitsubishi Pajero” 2004-cü il buraxlışıdır. Bu avtomobilə min manat qiymət qoyulub. Benzinlə işləyir.

Digər avtomobil isə “Toyota Land-Crusier” isə 500 manat ilkin qiymət qoyulub. Bu avtomobil 2000-ci ildə istehsal edilib. Sürət qutusu avtomat deyil. Dizellə çalışır.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir