Kəmalə Onura vəzifə verildi

622cb1d08ef66622cb1d08ef671647096272622cb1d08ef64622cb1d08ef65“Real FM” radiosuna direktor təyinatı olub.

araztv.com xəbər ki, radionun direktoru tanınmış jurnalist Kəmalə Onur təyin edilib.

Bu barədə o, Facebook səhifəsində bildirib. K. Onur deyib ki, həmçinin gələn həftədən etibarən REAL TV-də “Redaktor” verilişinin aparıcısı olaraq efirə çıxacaq.

Qeyd edək ki, bir sıra radiolarda aparıcı olan Kəmalə Onur, eyni zamanda, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində baş mütəxəssisdir.

Xatırladaq ki, Audiovizual Şura ötən gün ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticəsini açıqlayıb. Müsabiqənin qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) olub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir