“Xarkovun, Sumının vəhşicəsinə bombalanması məhz bunun qəzəbidir”

xarkov5543“Ukrayna xalqı tək döyüş meydanında öz seçimini etmir, həm də “ayaqları” ilə yolunu, yönümünü seçir. Ukraynanın şərqindən  Xarkovdan, Sumıdan ölkənin qərbinə, Lvov şəhərinə 1033 km, Avropa Birliyinin sərhədinə isə 1100 km-dən də çox məsafə var. Həmin şəhərlərdən, məsələn, Xarkovdan Rusiya sərhədinə yol isə cəmi 38 km-dir, hətta piyada da getmək olar. Amma xarkovlular 1000 km-dən çox məsafəni zülmlə, bombalar və təhlükələr altında qət edib Lvova, Avropa Birliyinə üz tuturlar.Nəzərə almaq lazımdır ki, Şərqi Ukraynada ən şiddətli döyüşlərin getdiyi bölgələr məhz Xarkov və Sumıdır. Kreml həmin bölgələri “rusdilli”, “Rusiyaya meyilli” kimi görürdü”.

araztv.com xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə , Rusiya ordusunu həmin şəhərlərdə gül-çiçəklə qarşılanacağına inanırdı.

“Müharibə başlayandan Ukraynanın şərqini 4 milyon nəfər Ukrayna vətəndaşı artıq tərk edib, onlardan 1,5 milyon nəfərdən çoxu AB ölkələrinə keçib. Digərləri isə Ukraynanın qərbində, Moskvanın “benderlərin məkanı” saydığı şəhərlərə köçüb. Yəni, bu gün Ukrayna əhalisinin əsl “referendum” keçirərək öz yolunu-izini seçməsi Kremli qəzəbləndirir. Onların planlarına əsasən, Rusiya ordusu Şərqi Ukraynaya daxil olan kimi əhalinin böyük əksəriyyəti onları xoş qarşılamalı, müharibədən qaçan yüzminlərlə ukraynalılar Rusiyaya getməli, Kreml də bundan istifadə edib şou düzəldərək dünyaya, “ukraynalılar “faşistlərdən”, “benderlərdən” qaçıb Rusiyay sığınır”, mesajı verməli idilər. Alınmadı, Ukrayna xalqı Rusiyanı seçmədi. Bu gün Xarkovun, Sumının vəhşicəsinə bombalanması da məhz bunun qəzəbidir”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir