Paşinyan Makronla Qarabağı müzakirə etdi

1646854633 25844Parisdə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
 
araztv.com bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Qeyd olunub ki, Yelisey sarayında keçirilən görüş zamanı Qarabağ məsələsi də müzakirə olunub.

Məlumata görə, tərəflər 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. Bundan əlavə, Paşinyan və Makron beynəlxalq arenada baş verən proseslər barədə fikir mübadiləsi aparıblar.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir