Toylar üçün icazə alınmalıdır – QƏRAR DƏYİŞDİ

 экрана 2022 03 10 113458Toylarla bağlı “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək tələbi yenidən aktivləşib.

araztv.com  xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev  bildirib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları – mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Qeyd edək ki, toylara qoyulan say limitinin ləğv edilməsindən sonra açıqlanan məlumatda qeydiyyatdan keçmək tələbinin də ləğv edildiyi bildirilmişdi.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir