“Qərb üçün prioritet Rusiyadır, “Ayı”nın dərisini bölmək üçün Çin də koalisiyada yer alır…”

rusiya44“Rusiya Qərbə günlük 4,3-4,8 mln. barel arası neft ixrac edir, bunun cəmi 650-700 min barelini ABŞ-a ixrac edir ki, bu da Amerikanın xaricdən aldığı neftin 8%-i, istehlak etdiyi neftin isə 3%-i təşkil edir, yəni, ABŞ Rusiya neftindən asanlıqla imtina edə bilər. Yeri gəlmişkən, bu gün ABŞ-la Venesuela arasında danışıqlar baş tutub, rəsmi Karakas da sanksiyalar altındadır, neftini, əsasən, Çinə satırdı. Venesuelanın keçən il günlük neft hasilatı cəmi 796 min, potensialı isə günə 2,5-3 mln. Bareldir, deməli, Madura Putinə “atan”, ABŞ-la anlaşan kimi bazara cəmi 3 aya əlavə 1,5-2 mln. barel neft çıxaracaq ki, bu da Şimali Amerika bazarını sabitləşdirəcək”.

araztv.com-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, Avropa, Avropa Birliyi ölkələri Rusiya neftindən daha çox asılıdır, əvəzləmək üçün yeni böyük hasilatçı ölkə lazımdır, bu ölkə də İran olacaq: “Bugün-sabah Tehran da Moskvaya “atacaq”, Qərb ilə anlaşacaq, İranın günlük hasilat potensialı 4,5-5 mln. bareldir, bu da AB-yə Rusiya neftini əvəz etməyə bəs edir. İran qaz məsələsində də güclü potensialı olan ölkədir, AB Rusiya qazından imtina edə bilməz, amma oyuna İran girsə, bu mümkündür. Qaldı Kremlin əsas güvəndiyi ölkə – Çin, o da bu gün Fransa və Almaniya ilə görüşüb, sülhə çağırış edib, AB ilə yeni sazişlərə hazır olduğunu deyib. Putinin Ukraynada “blitzkrieg”i alınmadı, ölkəni tez diz üstə qoya bilmədi, Kremlin gücü haqqında mif dağıldıqca, ərtafında heç kəs qalmayacaq, artıq Çin də ancaq öz maraqları çərçivəsində davranacaq, əli hər yerdən üzülən Rusiyadan su qiymətinə enerji və təbii resurslar alacaq. Belə görünür ki, Qərb üçün artıq prioritet Rusiyadır, “Ayı”nın dərisini bölmək üçün Çin də bu koalisiyada yer almağa başladı, başlayacaq…”

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir