Deputat Aşıq Ələsgərə həsr olunmuş kitabların təqdimatından yazdı

1646601159 275370596 4936108139802028 2431799630121103304 nMilli Məclisin deputatı Əziz Ələkbərli Aşıq Ələsgərə həsr olunmuş iki kitabın təqdimat mərasimində iştirak edib. Bu barədə o özü sosial şəbəkədə yazıb.

araztv.com deputatın yazısını oxucuların nəzərinə çatdırır:
“Dünən Gülüstan sarayında Aşıq poeziyasının zirvəsi olan Dədə Ələsgər yaradıcılığının araşdırılmasına həsr olunmuş iki kitabın – Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” və Nağdəli Keştəklinin “Dədə Ələsgərin fəlsəfi dünyası” kitablarının təqdimat mərasimi oldu.

Mərasimdə Milli Məclisin deputatları, dövlət rəsmiləri, ziyalılar, Ələsgərsevərlər, aşıqlar iştirak etdilər.
Bir sözlə, Dədə Ələsgərin adına layiq tədbir oldu”.


araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir