Ukraynadan Polşaya sığınan soydaşlarımız küçələrdə çarəsiz qalıb: “Bizə sahib çıxın” – VİDEO

 экрана 2022 03 07 184727Varşavanın Merkuri otelində Ukrayna köçkün düşmüş 300-ə yaxın azərbaycanlı çıxılmaz durumda qalıb. Azərbaycanın Polşadakı səfirliyi bizimlə maraqlanmır, soydaşımlarımız küçələrdə gecələyir”.

Bunu İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli açıqlamasında deyib.

Hazırda Varşavada soydaşlarımızın yanında olan Samir Adıgözəlli bildirib ki, Azərbaycandan yalnız bir təyyarə göndərilib, o da qadın və uşaqların bir hissəsini vətənə qaytarıb. 

Qalanlar isə otelin foyesində, bəziləri isə küçələrdə gecələyirlər: “Narazılıqlardan sonra səfirlik nümayəndələri bizə bildirdilər ki, Polşa Azərbaycan üçün dəhliz açmır, ona görə də ləngimələr olur. Digər tərəfdən bəhanə gətirirlər ki, yalnız qadın və uşaqlar çıxarılır. Bəs, bu qədər soydaşımız necə olacaq. Hamı pis durumdadır, nə yatacaq yeri, nə də qidalanmaq imkanları var. “Azal”dan, XİN-dən, hökumətimizdən xahiş edirik, soydaşlarımızı vətənə qaytarsın 3-4 reys təşkil olunsa, bu insanlar vətənə dönər”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/gF0KrvU9N1o'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir