Putin daha bir fərman imzaladı: Siyahı hazırlansın

putin66 1Rusiya Prezidenti Vladimir Putin hökumətə iki gün ərzində Rusiyaya, onun şirkətlərinə, təşkilatlarına və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını tərtib etməyi tapşırıb.

Bu barədə dövlət başçısının fərmanında deyilir.

“Rusiya Federasiyası hökuməti iki gün müddətində Rusiya Federasiyasına, Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin”, – məlumatda vurğulanır.

Prezident bu fərmanla Rusiya, regionlar, bələdiyyələr və rezidentlər tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli xarici kreditorlara ödənişlərin həyata keçirilməsi üçün müvəqqəti prosedur müəyyən edib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir