Vasif Talıbov sərəncam imzaladı

vasif124Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

araztv.com xəbər verir ki, sərəncamla bir sıra fəal qadınlar təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikanın sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Babayeva Zərövşən Yaşar qızı, Məmmədova Ruqiyyə Hüseyn qızı “Əməkdar müəllim”, İsmayılova Səkinə Hacı qızı “Əməkdar həkim”, Rüstəmova Gülşad Qəzənfər qızı “Əməkdar tibb işçisi”, Rüstəmova Süsən Elmixan qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə, Hüseynova Rəna Sultan qızı, Muxtarova Fərqanə Yusif qızı, Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir