Politoloqun Rusiyayönümlü fikirləri müzakirələrə səbəb oldu – “Dünyanın mərkəzi Avrasiyadırsa, onun mərkəzi Rusiyadır”

nezaket1

Politoloq Nəzakət Məmmədovanın Rusiyayönümlü fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

araztv.com-ın xəbərinə görə, N.Məmmədova Rusiya-Ukrayna məsələsində Rusiyanın haqlı olduğunu bildirir.

Hələ müharibə yeni başlayanda politoloq belə status paylaşmışdı: “Prezident Putin Donbasda hərbi əməliyyatların başladığını elan etdi! Haqq Rusiyanın tərəfindədir!”

O, Ukraynanın Bakıdakı səfirliyinin qarşısındakı dəstək aksiyasını da təxribat adlandırıb.

N.Məmmədova Zelenskinin “Müharibə bitənə qədər hər döyüşçü aya 100 min qrivna – 3500 dollar pul alacaq” açıqlamasına belə münasibət bildirib: “Kasıb Ukrayna büdcəsində bu qədər pul hardandır?! Kim verir onların əsgərlərinə bu pulları məlumdur! Pulu kim verirsə, müharibəni qızışdıran da odur!”

Xanım politoloqun bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirə olunub, o, tənqid edilib.

Daha sonra N.Məmmədova bildirib ki, müxtəlif nömrələrdən ona şantaj mesajları göndərilir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir