Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib

xarkov77Bildiyiniz kimi az öncə Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binasına ziyan dəyməyib.

Bu barədə konsulluqdan məlumat verilib.

Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik. Həmvətənlərimizi bir daha təmkinli olmağa çağırır, olduqları yerlərdə qalmalarını tövsiyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir