Ermənistanda qalmaqal: Paşinyan seçkiqabağı vədinə əməl etməkdən boyun qaçırdı

pasinyan.jpg

Baş nazir: “Bunun yanlış və qanunsuz olduğunu düşünürəm”

“Siyasi məhbusların azadlığa buraxılması məsələsi hüquqi yolla həll edilməlidir”. araztv.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.

“Bir çoxları hesab edirlər ki, mənim “Ermənistan siyasi məhbuslar damğasından azad olunmalıdır” bəyanatımdan sonra həbsxanaların bütün qapıları açılacaq və biz siyasi məhbuslara “çıxın” deyəcəyik. Bunun yanlış və qanunsuz olduğunu düşünürəm. Biz siyasi məhbuslarla bağlı problemi hüquqi yolla həll etməliyik”, — deyə Paşinyan vurğulayıb.
O, həmçinin əlavə edib ki, 2016-ci ildə polis patrul məntəqəsini ələ keçirən “Sasna çrer” silahlı qrupu ilə bağlı məsələyə dair ictimai dinləmələr keçirilməlidir.

Qeyd edək ki, Ermənistanın baş prokuroru baş nazir Nikol Paşinyanın mövqeyi ilə razılaşmır və iddia edir ki, respublikada siyasi məhbus yoxdur: “Belə təəssürat yaranır ki, kimsə siyasi fəaliyyətlə məşğul olursa və bir gün cinayət törədirsə, onda o, siyasi məhbus hesab olunur. Lakin bu, belə deyil”. /sputnik.az/

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir