“Azərbaycan Ukraynaya humanitar yardım etdi, doğru olan da budur”

1645957378 ukrayna22“Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin simpatiyasının Ukrayna tərəfdə olduğu aşkardır. Rusiya 2014-cü ildə Krımı ilhaq edib Donbasda separatçı hərəkat yaradanda da cəmiyyətimiz Ukraynanın yanında idi. Azərbaycan rəsmiləri son hadisələr fonunda nə dərəcədə ehtiyatlı mövqe nümayiş etdirsələr də, cəmiyyətdəki əhval-ruhiyyəni görürlər. Kiçik istisnalarla rəsmilərimiz içərisində də Ukraynanın qələbə qazanmasını istəyənlərin sayı az olmaz”.

araztv.com-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya 5 milyon dollar dəyərində humanitar yardım göndərməyə qərar verib: “Bunun ardınca Ukrayna şəhərlərində SOCAR yanacaqdoldurma məntəqələrində təcili yardım, yanğınsöndürən və digər humanitar sahələrə aid maşınlara yanacaq pulsuz verildiyi xəbəri yayıldı. SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri keçmiş illərdə də müharibədən əziyyət çəkənlərə yardım etmişdi. Doğru olan da budur!

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir