Bayden: “ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək”

600bc0518e30aABŞ Prezidenti Cozef Bayden bildirib ki, ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək.

Bu barədə araztv.com  xarici mətbuata istinadən xəbər verir.

“Bir daha təkrar edirəm ki, bizim hərbi qüvvələrimiz Ukraynada Rusiya ilə münaqişəyə cəlb edilməyəcək. Bizim hərbi qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün göndərilib”, – Bayden telemüraciətində deyib.

ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə danışmaq fikrində olmadığını bildirib.

“Mənim (Putinlə – red.) danışmaq fikrim yoxdur”, – deyə Bayden bununla bağlı sualı cavablandırıb.

Amerika rəhbəri həmçinin deyib ki, o, Almaniyaya daha çox ABŞ əsgəri göndərilməsinə icazə verib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir