Nüşabə Ələsgərli Manaf Ağayevin həbsinə münasibət bildirdi: “Heç kəs sevinməsin…”

1645259026 nusabe4Müğənni Nüşabə həbs olunan həmkarı Manaf Ağayevlə bağlı İnstaqram hesabında paylaşım edib.

araztv.com xəbər verir ki, Nüşabə Ələsgərli bildirib ki, Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır: “Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssəlam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun”.

Qeyd edək ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir