Manaf Ağayev saxlanıldı

5912

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış məlumatlara görə işğaldan azad olunmuş Füzuli rayonuna səfər edən müğənni Manaf Ağayev saxlanılıb.

araztv.com Criminal.az-a istinadən xəbər verir ki, onun Füzuli rayonundan öz instagram hesabından bahalı avtomobillərlə yaydığı görüntülər geniş müzakirələrə səbəb olmuşdu. Sonradan M. Ağayev həmin görüntüləri silmişdi.

Araşdırma zamanı onun işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olması müəyyən edilmiş və o bu gün axşam saatlarında Bakı şəhərində saxlanılmışdır. Hazırda araşdırma davam etdirilir. 

Hələlik hüquq-mühafizə orqanları rəsmi açıqlama yaymayıb. 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir