BDU-nun daha 4 fakültəsinə dekan seçilib

1644931330 3160ccc3 f054 3433 92f6 b80e68c8bf24 850Bakı Dövlət Universitetinin (BDU) daha 4 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçkilər başa çatıb.

araztv.com bildirir ki, bu barədə Universitetdən verilən məlumata görə, səsvermə yolu ilə yeni dekanlar müəyyənləşib.

Yeni dekanların siyahısını təqdim edirik:

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi

Laçın Abışlı – Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Fuad Kərimov – Kimya fakültəsi

Akif Ağbabalı – Ekologiya və torpaqşünaslıq fakültəsi

Qeyd edək ki, yanvar ayının ortalarında BDU-nun 8 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçki keçirilib. Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir