Rauf Arifoğludan Ramiz Mehdiyevin istefasına MÜNASİBƏT

d62081bfa33c731d91e4581b9760db13“Ramiz Mehdiyevin istefası xəbərini məmnuniyyətlə qarşıladım”

araztv.com-ın xəbərinə görə bunu  “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Ramiz Mehdiyevin AMEA prezidenti postundan istefası xəbərinə münasibət bildirərkən deyib.

R. Arifoğlu söyləyib ki, xəbəri məmnuniyyətlə qarşılamasının səbəbləri var:

“Birinci ona görə ki, Mehdiyev “5-ci kolon”un əsas siyasi fiquru olaraq nəhayət, istirahətə getdi. İkincisi, boşuna ölkə gündəmini yükləyərək olduqca vacib məsələləri arxa planda qoymuşdu. Üçüncüsü, Azərbaycan elmi, ictimaiyyəti və bütövlükdə AMEA bu problemdən qurtuldu. Ramiz Mehdiyevin necə birisi olduğunu uzun illərdir ki, media olaraq bizdən yaxşı bilən yoxdur. Onunla neçə illik davamız var. Hesab edirəm ki, Mehdiyev mövzusu ətrafında müzakirə hələ bir neçə gün də davam edəcək. Niyə getdi, nə üçün bu qədər uzandı sualları ətrafında fikirlər səslənəcək. İstənilən halda bu, artıq gündəmdən çıxmış sayılır. İndi diqqəti başqa mövzulara yönəldəcəyik. O cümlədən də bilirsiniz ki, jurnalistlərin yarımçıq qalmış bir davası var- Cavanşir Feyziyev məsələsi. O, bu zamana qədər üzr də istəməyib, Milli Məclisdən də reaksiya olmayıb. Ona görə də biz bu məsələnin üzərinə yürüyəcəyik”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir