Məşhur öngörücü Vanqanın proqnozları indi də çoxlarında maraq doğurur. ABŞ-da baş verən 11 sentyabr terrorundan tutmuş, İŞİD-in yüksəlişinə qədər bir çox iddiası gerçəkləşən Vanqanın, 2021-ci ildən sonrakı zaman üçün də verdiyi proqnozlar diqqətlə təkib edilir. 1911-1996-cı illərdə yaşayan Vangeliya Pandeva (Vanqa) Makedoniyanın Strumitza şəhərində doğulub. 16 yaşındaykən ildırım vurması nəticəsində gözlərini itirib. Onun bütün proqnozları Bolqar hökuməti tərəfindən qeydə alınaraq, saxlanılır. araztv.com Vanqanın həmin gələcək öngörülərini təqdim edir:
— 2221-ci ildə insanlar dünyadan kənarda həyat arayışında qorxunc hadisə ilə qarşılaşacaqlar;
— 2256-cı ildə kosmik gəmi dünyaya yeni bir xəstəlik gətirəcək;
— 2196-cı ildə Avropa və Asiya irqləri tamailə bir-birinə qarışacaq;
— 2183-də Marsdakı bir koloniya nüvə gücünə çevrilərək, Yerdən müstəqillik tələb edəcək;
— 2170-ci ildə böyük bir quraqlıq yaşanacaq;
— 2164-də heyvanlar yarı insana dönəcək;
— 2123-də kiçik ölkələrin arasında müharibələr olacaq, böyük ölkələr isə, bu müharibənin tamamilə xaricində qalacaqlar;
— 2111-də insanlar androidlərə bənzəyib, yaşayan robota dönəcək;
— 2100-cü ildə insanların düzəltdiyi süni Günəş dünyanın qaranlıq üzünü işıqlandırmaq üçün istifadə ediləcək;
— 2088-də insanları saniyədə qocalda bilən yeni xəstəlik törəyəcək;
— 2046-da bütün vücud orqanları çoxaldıla bilinəcək. Xəstə orqanın yenisiylə əvəzlənməsi ən yayqın və asan yöndəm olacaq;
— 2043-cü ildə bütün Avropanın hakimi müsəlmanlar olacaq, dünya iqtisadiyyatı yaxşı vəziyyətdə olacaq;
— 2028-ci ildə yeni enerji növü gətiriləcək. Yavaş-yavaş aclığın önünə keçiləcək. İçində insan olan bir uzay gəmisi Veneraya yollanacaq;
— 2026-cı ildə Avropada insan sayı tükənmə həddinə gələcək;
— 2023-cü ildə Yer kürəsinin orbitində naməlum dəyişiklik baş verəcək.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.