Bayden: “ABŞ Rusiya ilə həm diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır”

bandicam 2022 02 13 13 53 56 466ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiyanın Ukrayna ilə sərhəddə qüvvələr toplanması məsələsini müzakirə edib.

araztv.com TASS-a istinadla xəbər verir ki, görüş zamanı həmçinin bildirilib ki, Vaşinqton Moskva ilə gələcək qarşılıqlı diplomatik fəaliyyətə hazır olsa da digər bütün mənfi ssenarilərə də hazırdır. Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı yazılı bəyanatda deyilir. Məlumatlara görə, Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər Rusiya Ukraynaya hücum edərsə ABŞ qəti və təcili cavab verəcək

Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.

Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.  

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir