Bu jurnalistlər güzəştli ipoteka kreditindən yararlana bilməyəcək – VİDEO

1644640862 jurnalistler123Güzəştli, yəni 4%-lik ipoteka kreditindən yararlanmaq istəyən jurnalistlərin yalnız əmək müqaviləsi ilə olan stajı nəzərə alınacaq. Xidməti müqavilə ilə olan müddət isə hesablanmayacaq.

araztv.com-ın məlumatına görə, bunu “Medianın İnkişafı Agentliyi” nin mətbuat katibi Səidə Şəfiyeva deyib.

O bildirib ki, ipoteka kreditinə müraciət üçün əsas götürülən əmək müqaviləsidir.

Qurum rəsmisi “Medianın İnkişafı Agentliyi” tərəfindən jurnalistlərə veriləcək vəsiqələrdən də danışıb. Onun sözlərinə görə, vəsiqə Media Reyestrindən qeydiyyatdan keçən jurnalistlərə təqdim olunacaq. Onun sözlərinə görə, Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə, həmçinin şəhadətnamə təqdim olunacaq.

Vəsiqələrin ödənişli, yaxud ödənişsiz olması məsələsi isə hələlik məlum deyil.

Səidə Şəfiyeva əlavə edib ki, Media Reyestrinin aparılması qaydaları Nazirlər Kabineti tərəfindən hazırlanaraq dövlət başçısına təqdim olunacaq. Qaydalar təsdiqləndikdən sonra detallar məlum olacaq.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/NuAJ-eRP8XY’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir