Audiovizual Şurasının yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklik ollunur

milli meclissjpg 1589445352Azərbaycan Respublikasının Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktlara uyğunlaşdırılma xarakterli dəyişiklik edilir.

araztv.com  bildirir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə ediləcək.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının normativ xarakterli aktları sırasına Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları əlavə edilir. Bundan əvvəl, bu sırada Milli Televiziya və Radio Şurasının qərarları yer alırdı.

Eyni zamanda Hüquqi Aktların Dövlət Reyestrinin strukturuna dəyişiklik edilir. Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları da əlavə edilir/APA.

Qeyd edək ki, “Media haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılması zərurəti yaranıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir