“Media haqqında” Qanun uzun müddət media qurumlarının nümayəndələri ilə həm parlamentdə, həm də digər yerlərdə açıq dinləmələrlə müzakirələr keçirilib. Parlamentin komitələrində iclaslar keçirildi, müzakirələr aparıldı və plenar iclasda 3 oxunuşda qanun qəbul edildi. Cənab Prezident İlham Əliyev ötən gün “Media haqqında” Qanunu təsdiq etdi. Cəmiyyət və media münasibətlərinin formalaşması üçün yeni qanunun qəbul edilməsi vacib idi. Qanun, həmçinin jurnalistlərin peşəkarlığının artırılması istiqamətində atılmış vacib addımdır.
araztv.com Pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, jurnalistlər yeni qanunun onlara verdiyi üstünlüklərdən istifadə edərək özlərinin azad fəaliyyətinə davam edə bilərlər: “Qanun media sahəsindəki fəaliyyətin təşkilat hüququ və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyaların əldə edilməsi, hazırlanması və ötürülməsinin ümumi qaydalarını müəyyən edir. Qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqələrin verilməsi, bəzi imtiyazlar və güzəştlərin tanınması, dövlət qurumlarında jurnalistlərin akkreditasiya məsələsi, qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və bir çox məsələləri özündə ehtiva edir. Cənab Prezidentin digər fərmanı ilə isə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli mənzillərin verilməsi qaydasına dəyişiklik edildi. Dəyişikliyə əsasən, gənc ailə üzvü olan, azı 5 il jurnalist kimi çalışmış və Media Reyestrinə daxil edilmiş jurnalistlər güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər. Bu, jurnalistləri ev tikintisini gözləməsi, növbəyə dayanması, bir çox problemlərdən azad edir. Jurnalistlər də dövlətin verdiyi güzəştli kreditlərdən istifadə edərək mənzil sahibi ola biləcəklər”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.