Emin Əmrullayevin səlahiyyəti artırıldı – FƏRMAN

1644421934 emin66

Prezident İlham Əliyev “Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

araztv.com xəbər verir ki, sənədə əsasən, təhsil nazirinin səlahiyyətində dəyişiklik edilib.

Fərmanla Əsasnamənin 13.4-2-ci bəndi dəyişdirilib.

Bununla təhsil naziri nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq.

Yəni nazir tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir